Yeni saytlar
Yeniliklər

Dost sayt
Reklam
Statistika
sutkaya əsasən

Qeydiyyatdan keçmiş saytlar:
Bu günlük cəmi hitlər:
Bu günlük cəmi hostlar:
Yenilənmə vaxtı:

Reklam
Hostda.BiZ
Yeni sayt qeydiyyatı
1-CI.BIZ pulsuz sayğac xidmətinin istifadəçisi aşağıdakı qaydalara əməl etməlidir:

1-CI.BIZ sayğacının şəkilciyi
1) görünən halda olmalıdır.
2) əsas səhifəmizə keçid imkanı verməlidir.

Sayğacı görünməz şəkildə istifadə etmək istəyirsinizsə inzibatçıya müraciət edin.
1-CI.BIZ tərəfindən verilən HTML kod dəyişilmədən səhifəyə yerləşdirilməlidir. Keçidi, skriptin daxilindəki dəyişənləri, şəkli və ya şəklin alt mətnini dəyişmək qadağan olunur.
-Hər hansı bir 1-CI.BIZ sayğac hesabı yalnız bir sayt üçün istifadə oluna bilər. Saytın müxtəlif səhifələrində istifadə etmək üçün müxtəlif hesablar açılmamalıdır və eyni kod istifadə olunmalıdır.
-İstifadəçi 1-CI.BIZ sayğacın rəqəmlərinə və başqa dəyişənlərinə təsir etmək üçün heç bir proqram və ya üsullardan istifadə etməməlidir. Bu üsullara, öz-özünə yeniləşən səhifələr, proxy siyahısı ilə IP ünvan dəyişilməsi, kliker-növlü proqramların istifadəsi və s. daxildir.
-Hər hansı bir hesab 1-CI.BIZ idarəçiləri tərəfindən xəbərdarlıq olunmadan istənilən vaxt ləğv oluna bilər.
-Qeydiyyat zamanı verilən məlumat düzgün olmalıdır. Bu məlumat idarəçilər tərəfindən istənilən şəkildə istifadə edilə bilər.
-Göstərilən qaydalara əməl etməyən istifadəçilər dərhal siyahıdan xaric oluna bilərlər.
-Bu qaydalar idarəçilər tərəfindən istənilən vaxt dəyişdirilə bilər.

- Əlavə qaydalar.
1. Reytinqdə iştirak edən saytların Azərbaycana aidiyyatlı olması mütləqdir. Aidiyyatın müəyyən olunması 1-CI.BIZ inzibatçılarının tam hüququ hesab olunur, lakin bununla bərabər əsas qaydalarla da müəyyən edilir. Qaydalardan biri saytın aşağıdakı şərtlərdən ən azı birinə uyğun olmasıdır:
a) Sayt tam olaraq Azərbaycana aid hər hansı bir mövzuya həsr olunmalıdır
b) Sayt Azərbaycan dilində olmalıdır
c) Saytın Azərbaycan dilində versiyası olmalıdır
d) Hər hansı bir qurumun Azərbaycanda yerləşən nümayəndəliyinin saytı olmalıdır (QHT, İcmalar, Ticari Qurumlara aiddir)
2. Tərkibində Azərbaycan və beynəlxalq qanunvericiliyinə zidd olan məzmun (mətn və ya vizual məlumat) olan, habelə Azərbaycanın və digər Azərbaycan dövləti tərəfindən tanınmış dövlətlərin atributlarına hörmətsizlik edən saytlar reytinqdən xaric olunacaqdır.
3. Müvafiq icazəsi olmadan yerləşdirilmiş MP3 faylları, habelə pirat yolu ilə yayılan proqram təminatı (warez) yayan saytların iştirakı qadağandır.

Sonu .am ilə bitən saytların qeydiyyatı qəti qadağandır.

Verilən qaydalar ilə tanış oldum, qaydaları qəbul edirəm!
1-CI.BIZ © 2006–2012. Bütün hüquqlar Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən qorunur.
Sistem Hostda.BiZ tərəfindən host edilmişdir.